• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.3° Weather Columbus
$
1.7
€
1.9512
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakı BMT tribunasından dünyaya nə deyəcək? – Azərbaycanın 3 əsas mesajı

22 Sentyabr, 26 / 18:02
A A

BMT Baş Assambleyasının 81-ci sessiyası bu gün öz işinə başlayır. Sessiyanın sentyabrın 28-dək davam edəcəyi gözlənilir. Sessiyada 130-a yaxın dünya lideri Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında toplaşacaq. Azərbaycanı toplantıda xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Azərbaycanın BMT tribunasından  hansı mesajları verəcəyi maraq doğurur.

Cagdas.az bildiriri ki məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın sülh istiqamətində atdığı addımlar beynəlxalq aləmdə ciddi əks-səda doğurub:

“Son hadisələr onu göstərir ki, Azərbaycanın sülh istiqamətində atdığı addımlar dünyada böyük əks-səda yaradıb. Biz bunu dünya liderlərinin bəyanatlarında, cənab Prezidentə təqdim olunmuş sülh mükafatında və regionun rolunun, çəkisinin nəzərə alınmasında görürük. Bu gün dünyanın cavab verə bilmədiyi bir sıra suallara Azərbaycanın sülh proqramı çərçivəsində cavab verildiyinin şahidi oluruq”.

Komitə sədri qeyd edib ki, Azərbaycanın müharibədən sonrakı dövrdə həyata keçirdiyi siyasətlə yanaşı, Qarabağda aparılan bərpa və quruculuq işləri də beynəlxalq ictimaiyyətə çatdırılmalıdır:

“Əminəm ki, cənab nazir çıxışında Azərbaycanın müharibədən sonra sülh istiqamətində atdığı addımların nə dərəcədə vacib olduğunu qeyd edəcək. Eyni zamanda, Qarabağda aparılan işlər, bölgənin yenidən dirçəldilməsi və çiçəklənməsi barədə də danışacaq. Təbii ki, beynəlxalq məsələlərə də toxunulacaq. Siz bilirsiniz ki, ətrafımızda çox böyük və ciddi problemlər yaşanır, müharibələr gedir. Azərbaycan isə öz mövqeyini möhkəm və dönməz şəkildə qoruyur. Bu mövqe beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünün tanınmasına əsaslanır”.

S.Seyidov hesab edir ki, hazırda Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolu əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib:

“Bugün Azərbaycanın dünyadakı rolu artıq fərqlidir. Postmünaqişə dövründə Azərbaycan orta güc mərkəzi səviyyəsinə yüksəlib. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri, ABŞ-la strateji əməkdaşlığı, Çinlə strateji əməkdaşlığı, Türk dünyasında aparıcı rollardan birini oynaması, Avropa-Azərbaycan münasibətləri-hər şey dəyişib. Bu gün regionun geosiyasi çəkisini müəyyən edən əsas amillərdən biri Azərbaycandır və regiona münasibət də məhz Azərbaycanın yaratdığı yeni reallıqlar əsasında dəyişir”.

Komitə sədri BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası məsələsinə də toxunub:

“BMT öz rolunu oynamalı idi. Təəssüf ki, bunu etmədi. Qətnamələr qəbul edildikdən sonra 30 il ərzində onların icrası ilə bağlı heç bir ciddi addım atılmadı. Biz Azərbaycan olaraq həmin qətnamələri qoruyub saxladıq və onların implementasiyasını təmin etdik. Beynəlxalq hüququ, BMT-nin qorumalı olduğu prinsipləri qoruduq, saxladıq və bu bölgəyə gətirdik. Bu nöqteyi-nəzərdən Azərbaycanın mövqeyi nümunəvidir”.

S.Seyidov Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasının vacibliyini də vurğulayıb:

“Prezident dəfələrlə qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı öz daxilində mütləq islahatlar aparmalıdır. Bu, bir həqiqətdir. BMT bu həqiqəti nə qədər tez qəbul etsə, təşkilat daxilindəki böhranın həlli də bir o qədər tez mümkün olacaq”.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu gün dünyanın ən böyük beynəlxalq universal təşkilatı olan BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayır. Sessiyanın sentyabrın 28-dək davam edəcəyi gözlənilir. Əldə olunan məlumata görə, 130-a yaxın dünya lideri Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında toplaşacaq. Onlar beynəlxalq məsələlərlə bağlı ölkələrinin mövqelərini ifadə edəcəklər. Bu mövqelər, ilk növbədə, Yaxın Şərqdə davam edən ağır müharibə və Rusiya-Ukrayna müharibəsi fonunda səslənəcək. Eyni zamanda, süni intellekt və BMT-nin gələcəyi ilə bağlı müzakirələr də aparılacaq”.

Deputat qeyd edib ki, sessiyanın gündəliyində Azərbaycan üçün də mühüm məsələlər yer alır.

Onun sözlərinə görə, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasət, Ermənistanla münasibətlərin normallaşması və sülh prosesində əldə olunan nəticələr beynəlxalq auditoriyanın diqqətinə çatdırıla bilər:

“Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, ölkə artıq postmüharibə dövrünü yaşayır. Ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və şahidliyi ilə Azərbaycan və Ermənistan arasında mühüm sənədlər imzalanıb, sülh müqaviləsi paraflanıb. Hazırda iki dövlət arasında etimad mühitinin formalaşdırılması istiqamətində ciddi işlər görülür. Vətəndaş cəmiyyəti təsisatlarının qarşılıqlı təmasları baş tutur”.

E.Nəsirov bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərində iqtisadi və humanitar istiqamətlərdə də müəyyən addımlar atılır:

“Azərbaycan ərazisindən keçməklə Ermənistana yükdaşımalarla bağlı bütün qadağa və məhdudiyyətlər ləğv edilib. Azərbaycan ilə Ermənistan arasında ticarət dövriyyəsinin, kövrək də olsa, əsasları qoyulur. Azərbaycan Ermənistana neft və neft məhsulları ixrac edir, Ermənistandan Azərbaycana ixrac ediləcək məhsulların siyahısı da artıq hazırlanır”.

Deputatın sözlərinə görə, sülh müqaviləsinin imzalanması baxımından əsas məsələlərdən biri tərəflər arasında etimad mühitinin formalaşdırılmasıdır:

“Sülh müqaviləsinin imzalanması üçün ən vacib məsələ etimad mühiti ilə bağlıdır. Bu istiqamətdə də ciddi addımlar atılır. İlin sonunda Ermənistanda yeni Konstitusiyanın dərc olunması gözlənilir və həmin Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu preambula hissəsinin tamamilə çıxarılacağı bildirilir. İstisna deyil ki, 2027-ci il tarixə sülh ili kimi düşsün”.

E.Nəsirov qeyd edib ki, BMT Baş Assambleyasının 81-ci sessiyasında Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələr, eləcə də regional nəqliyyat layihələri ilə bağlı mövqeyinin ifadə olunacağı gözlənilir:

“Azərbaycanın xarici işlər nazirinin bu məsələlər ətrafında mövqe ifadə edəcəyi, Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi mühüm töhfələrə diqqət çəkəcəyi gözlənilir. Eyni zamanda, TRACECA layihəsi və onun reallaşdırılması istiqamətində atılan addımlarla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması da istisna olunmur”.

Bənzər Xəbərlər

Cəmiyyət

Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq – Prezident

Sentyabr 22, 2026
Cəmiyyət

Diplomatların səfərinə etirazın pərdəarxası – Paşinyan yeni oyuna başlayır

Sentyabr 22, 2026
Cəmiyyət

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Sentyabr 22, 2026
Cəmiyyət

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

Sentyabr 22, 2026
Cəmiyyət

Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

Sentyabr 22, 2026
Cəmiyyət

Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!

Sentyabr 22, 2026

XƏBƏR LENTİ

Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq – Prezident

22 Sentyabr, 26 / 18:15

Bakı BMT tribunasından dünyaya nə deyəcək? – Azərbaycanın 3 əsas mesajı

22 Sentyabr, 26 / 18:02

Diplomatların səfərinə etirazın pərdəarxası – Paşinyan yeni oyuna başlayır

22 Sentyabr, 26 / 17:48

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

22 Sentyabr, 26 / 17:34

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

22 Sentyabr, 26 / 17:22

Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

22 Sentyabr, 26 / 17:09

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

22 Sentyabr, 26 / 17:08

İngiltərədə Məhəmməd Salah üsyanı: "Bizə yalan danışdılar!"

22 Sentyabr, 26 / 16:57

Nvidia CEO-su: "Süni intellektin 2030-cu ilə qədər dünyanın sonunu gətirmə ehtimalı sıfırdır"

22 Sentyabr, 26 / 16:43

Qalatasarayın hədəfindəki Kamavinqadan gözlənilməz qərar

22 Sentyabr, 26 / 16:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.