• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.1° Weather Columbus
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakı ilə bağlı müəmma: Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi

06 İyun, 26 / 16:57
A A

Son günlər Rusiyanın Azərbaycanla bağlı ziddiyyətli mövqeyi diqqət çəkir. Yessentuki şəhərində “Biz və bizim dağlar” abidəsinin maketini quraşdıran, bununla erməni separatizminə dəstək verdiyini nümayiş etdirən Moskva, cəmi iki-üç sonra Sank-Peterburqdan Bakıya dostluq ismarışı yollayıb.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ölkəsinin prinsipial olaraq Azərbaycanla münasibətlərin hərtərəfli inkişafını hədəflədiyini söyləyib.

Kreml hansı variantda səmimidir: məlum abidənin maketini nümayiş etdirəndə, yoxsa Qaluzinin dilindən bu bəyanatı səsləndirəndə?

Cagdas.az   xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Rusiyanın Azərbaycanla münasibətlərdə nümayiş etdirdiyi bu yanaşma dövlətlərarası etimad prinsipləri baxımından ciddi suallar doğurur və Moskvanın xarici siyasətindəki ardıcıllıq problemini önə çıxarır:

“Bir tərəfdən Yessentuki şəhərində separatizmin rəmzlərinə meydan verilməsi, digər tərəfdən isə Sankt-Peterburqdan Bakıya strateji tərəfdaşlıq və dostluq mesajlarının göndərilməsi real addımlarla rəsmi ritorika arasında aşkar bir təzad yaradır. Moskva rəsmi bəyanatlarda müttəfiqlik prinsiplərini ön plana çəksə də, praktiki müstəvidə hələ də regional təsir rıçaqlarını, o cümlədən köhnə münaqişə qalıqlarını süni şəkildə gündəmdə saxlamaq meylindən tam əl çəkməyib.

İki ölkə arasında 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə tərəflərə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyi qoyur. Belə bir fundamental sənədin mövcudluğuna rəğmən, Rusiya daxilində separatçı meyilləri stimullaşdıran təşəbbüslərə rəsmi və ya qeyri-rəsmi şəkildə göz yumulması həmin öhdəliklərin ruhuna kölgə salır. Kremlin bu cür insidentləri “yerli icmaların daxili işi” və ya “bələdiyyə səviyyəli qərar” kimi qələmə verərək mərkəzi hakimiyyətin məsuliyyətindən kənarda saxlamaq cəhdləri isə inandırıcı görünmür. Çünki dövlətlərarası münasibətlərdə bu növ provokasiyaların qarşısının alınması birbaşa mərkəzi rəhbərliyin siyasi iradəsindən asılı olmalıdır”.

Ekspert deyib ki, Mixail Qaluzinin dilindən səslənən “hərtərəfli inkişaf” bəyanatları səmimi bir müttəfiqlik istəyindən daha çox, Moskvanın mövcud qlobal izolyasiya şəraitində Azərbaycana olan praqmatik ehtiyacları ilə diktə olunur:

“Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması və regional iqtisadi layihələrin davamlılığı üçün Bakı ilə yaxşı münasibətlər qurmağa məcbur olan Moskva, paralel olaraq Azərbaycanın müstəqil regional gücə çevrilməsini qəbullana bilmir. Məhz bu səbəbdən, vaxtaşırı olaraq “erməni kartı”nın müvafiq rəmzlər vasitəsilə reanimasiya edilməsi cəhdləri rəsmi Bakıya qarşı yönəlmiş incə, lakin arzuolunmaz bir təzyiq aləti təsiri bağışlayır.

Nəticə etibarilə, Rusiyanın bu cür ikili standartlara söykənən siyasəti onun Cənubi Qafqazda proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş imicinə xələl gətirir. Beynəlxalq münasibətlərdə öhdəliklərə selektiv yanaşma, yəni işgüzar layihələrdə müttəfiq kimi davranıb, siyasi müstəvidə tərəfdaşı həssas nöqtələri üzərindən manipulyasiya etmək qəbuledilməzdir. Rəsmi Moskva bəyanatları ilə əməlləri arasındakı bu ziddiyyətləri tamamilə aradan qaldırmalıdır, əks təqdirdə Bakıya yönəlmiş hər bir müsbət mesaj sadəcə taktiki bir gediş kimi dəyərləndiriləcək”.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək

İyun 6, 2026
Cəmiyyət

“ASAN xidmət”də çalışanlara maaş yeni qayda ilə VERİLƏCƏK

İyun 6, 2026
Cəmiyyət

Moskva Ermənistandakı seçkilərlə bağlı narahatdır

İyun 6, 2026
Cəmiyyət

Kirayə mənzillər bahalaşacaq

İyun 6, 2026
Cəmiyyət

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək

İyun 6, 2026
Cəmiyyət

Bu da yeni 100 manat – VİDEO

İyun 6, 2026

XƏBƏR LENTİ

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək

06 İyun, 26 / 18:13

“ASAN xidmət”də çalışanlara maaş yeni qayda ilə VERİLƏCƏK

06 İyun, 26 / 17:54

DİN əməliyyat keçirib:111 nəfər saxlanılıb

06 İyun, 26 / 17:36

Moskva Ermənistandakı seçkilərlə bağlı narahatdır

06 İyun, 26 / 17:17

Bakı ilə bağlı müəmma: Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi

06 İyun, 26 / 16:57

Qızıl sahiblərinə PİS XƏBƏR!

06 İyun, 26 / 16:39

Kirayə mənzillər bahalaşacaq

06 İyun, 26 / 16:18

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək

06 İyun, 26 / 15:58

Bu da yeni 100 manat – VİDEO

06 İyun, 26 / 15:43

Bu universitetdə təhsil haqqı kəskin artdı

06 İyun, 26 / 15:24
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.