Son dəqiqə
“29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq

Bakı kəndlərini niyə qurbağalar basıb? – VİDEO

Cəmiyyət

Bir neçə gündür Bakı kəndlərində qurbağaların hədsiz çoxalması ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.

Ramana istiqamətində asfalt yolun üzərində saysız-hesabsız qurbağa müşahidə edilmişdi, ötən gün isə Albalı bağları ərazisində bağ evlərində çoxlu sayda qurbağalar haqda məlumat yayıldı.

Çağdaş.Az xəbər verir ki , ekoloq Ənvər Əliyev Axar.az-a açıqlamasında deyib ki, qurbağaların sayının çoxalması yağıntılı hava ilə bağlıdır?

“Hazırda yağıntılar həddən artıq çoxdur və bəzi çökəkliklərdə müvəqqəti su hövzələri əmələ gəlir ki, yağış sularının toplandığı bu sahələrdə də qurbağalar yumurta qoyurlar.

Adətən bu cür hallarda insanlar narahat olurlar. Amma burada qorxulu və ya narahatedici heç nə yoxdur. Onlar təbiətin bir hissəsidir. Bu vəziyyət bir müddət davam edəcək. Çünki hazırda şərait əlverişlidir və qurbağaların nəsilartırma dövrü intensiv mərhələdədir.

Bir daha deyirəm, narahatlıq üçün əsas yoxdur. Bir müddətdən sonra bu hal keçəcək – onların bir hissəsini quşlar və sürünənlər yeyəcək, bir hissəsi isə balıqlar üçün yem olacaq”.