Son dəqiqə
Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq

Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq?

Cəmiyyət

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.  

Fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi, Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınıb.

İran üzərindən həyata keçirilən Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin müvəqqəti dayandırılması minlərlə sərnişinin səyahət planlarına təsir edib.

Xüsusilə Naxçıvana daha münasib qiymətlə getmək istəyən vətəndaşlar yaranmış vəziyyətin nə qədər davam edəcəyindən narahatdırlar.

Təhlükəsizlik məqsədilə verilən qərar sərnişinləri alternativ nəqliyyat vasitələrinə üz tutmağa məcbur edib. İndi isə əsas sual reyslərin nə vaxt bərpa olunacağı ilə bağlıdır.

Cagdas.az   xəbər verir ki ,mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Cebheinfo.az”-a bildirilib ki, avtobus reyslərinin nə zaman bərpa olunacağı ilə bağlı məlumat olduğu halda ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, Bakı–Naxçıvan marşrutunda avtobus bileti 30 manat, təyyarə bileti isə 70- 90 manat arası dəyişir.