• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.6° Weather Columbus
$
1.7
€
1.9957
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda böyük söküntü: Sakinlərə veriləcək pul necə hesablanacaq?

22 Aprel, 26 / 9:43
A A

Bakı şəhərində həyata keçiriləcək genişmiqyaslı yenidənqurma və abadlıq işləri artıq gündəmin əsas mövzularından birinə çevrilib. Bu proses çərçivəsində köhnə və qəzalı tikililərin sökülməsi, əvəzində isə müasir yaşayış və infrastruktur obyektlərinin inşası planlaşdırılır. Paralel olaraq, sakinlərin köçürülməsi, kompensasiya və yeni mənzillərlə təmin olunması məsələləri də ön plana çıxır.

Cagdas.az bildirir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Demokrat.az-a bildirib ki, Bakı şəhərinin 2040-cı ilə qədər olan baş planına əsasən, şəhərin bütün rayonlarında söküntü və abadlıq işləri aparılacaq:

“Əgər söküntü dövlət ehtiyacları üçün nəzərdə tutulubsa, yəni hər hansı strateji obyektin, parkın salınması, yolların, metro xətlərinin və stansiyalarının, tramvay xətlərinin çəkilməsi ilə bağlı olarsa, bu zaman insanlara mənzilin kvadratmetrinə görə kompensasiya ödəniləcək.

Digər hallarda isə, əgər söküntü şəhərin yenilənməsi, abadlaşdırılması və müasirləşdirilməsi məqsədilə müvafiq tikinti şirkətləri tərəfindən pilot layihələr çərçivəsində aparılarsa, bu zaman sakinlərlə danışıqlar keçiriləcək. Bu proses əsasən istismar müddəti başa çatmış, köhnə və qəzalı vəziyyətdə olan evləri əhatə edir”.

Ekspert bildirib ki, söküntü prosesi dörd mərhələdə həyata keçiriləcək:

“Birinci mərhələdə söküntü şirkəti ilə sakinlər arasında söküləcək mənzilin kvadratmetri müəyyənləşdirilərək razılaşdırılır. İkinci mərhələdə yeni tikiləcək müasir binada veriləcək mənzilin kvadratmetri tərəflər arasında razılaşdırılır. Üçüncü mərhələ isə veriləcək mənzilin təmiri ilə bağlıdır. Bu mərhələdə iki variant mövcuddur. Mənzil sahibi təmir üçün vəsaiti alaraq işi özü görə bilər. Digər halda, razılıq əsasında tikinti şirkəti mənzili öz hesabına təmir edib sakinlərə təmirli şəkildə təqdim edir. Dördüncü mərhələdə isə sökülən binalarda və ya həyət evlərində yaşayan sakinlər tikinti müddətində kirayə mənzillə təmin olunur. Kirayə mənzil tikinti başa çatıb bina sakinlərə təhvil verilənə qədər təmin edilir və kirayə haqqı tikinti şirkəti tərəfindən ödənilir. Bina təhvil verildikdən sonra kirayə ödənişi dayandırılır və sakinlər yeni mənzillərinə köçürülür. Mənzillər vətəndaşlara təhvil verildikdən sonra müqavilə qüvvədən düşür”.

Anar Nəsirov deyib ki, tikinti şirkətləri ilə vətəndaşlar arasında olan razılaşma şərtləri ilə dövlət əhəmiyyətli obyektlərin tikintisi üçün aparılan söküntülərin şərtləri fərqlidir:

“Dövlət layihələri zamanı vətəndaşlara yalnız kvadratmetrə uyğun kompensasiya ödənilir. Çünki bu ərazilərdə yeni yaşayış binaları tikilmir. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntü və yenidənqurma işləri zamanı isə vətəndaşlara əvvəlki mənzillərinin yerində və ya həmin ərazidə tikilən yeni çoxmərtəbəli binalarda əlavə kvadratmetr hesablanmaqla mənzillər verilir.

Qeyd olunmalıdır ki, bütün binalar eyni vaxtda sökülməyəcək, proses mərhələli şəkildə həyata keçiriləcək. Sökülən ərazilərdə müasir tipli binalar, parklar, nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu stansiyaları və tramvay xətləri inşa olunacaq. Eyni zamanda, Bakı şəhərində istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan köhnə tikililər sökülərək yerində müasir standartlara cavab verən çoxmərtəbəli binalar tikiləcək. Bu layihələr şəhərin abadlaşdırılması və daha da gözəlləşdirilməsi məqsədi daşıyır”,- deyə o bildirib.

Bənzər Xəbərlər

Cəmiyyət

Çörək böhranı yarana bilər, buğda bahalaşır – Azərbaycanı nə gözləyir?

Aprel 22, 2026
Cəmiyyət

Mənzil tələbi ilə bağlı mühüm QƏRAR

Aprel 22, 2026
Cəmiyyət

Vəkil olmaq istəyənlərin nəzərinə

Aprel 22, 2026
Cəmiyyət

Nazir: Azərbaycanda orta pensiya 594 manata çatıb – VİDEO

Aprel 22, 2026
Cəmiyyət

Metroda qrafik dəyişdi: Bu gün qatarlar gecikəcək

Aprel 22, 2026
Cəmiyyət

Azərbaycanda iki fəsil yoxa çıxır

Aprel 22, 2026

XƏBƏR LENTİ

Çörək böhranı yarana bilər, buğda bahalaşır – Azərbaycanı nə gözləyir?

22 Aprel, 26 / 11:35

Mənzil tələbi ilə bağlı mühüm QƏRAR

22 Aprel, 26 / 11:21

Vəkil olmaq istəyənlərin nəzərinə

22 Aprel, 26 / 11:07

Tehran: Trampın atəşkəs təklifi gözlənilməz hücum üçün bir hiylədir

22 Aprel, 26 / 10:53

Nazir: Azərbaycanda orta pensiya 594 manata çatıb – VİDEO

22 Aprel, 26 / 10:39

Metroda qrafik dəyişdi: Bu gün qatarlar gecikəcək

22 Aprel, 26 / 10:25

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.04.2026)

22 Aprel, 26 / 10:11

Azərbaycanda iki fəsil yoxa çıxır

22 Aprel, 26 / 9:57

Bakıda böyük söküntü: Sakinlərə veriləcək pul necə hesablanacaq?

22 Aprel, 26 / 9:43

Gün bəzi bürclər üçün uğurlu olacaq – ADLAR

22 Aprel, 26 / 9:29
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.