Son dəqiqə
Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq

Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək

Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq payız aylarında Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlər yenilənəcək.

Cagdas.az xəbər veriri ki Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən  verilən məlumata görə, bu işlər çərçivəsində bu sahədə dünyanın aparıcı istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur “KONE” şirkətinin istehsalı olan yeni, müxtəlif hava şəraitlərinə davamlı olan eskalatorlar artıq sifarış olunub, hal-hazırda istehsalçı zavod tərəfindən mexanizmlərin individual ölçü və texniki göstəricilərə uyğun istehsalı başlayıb. Bu ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə başlanılacaq.

Həmçinin qeyd edilib ki, sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.

Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənəndən sonra balansa qəbul ediləcək.(sfera.az)