Son dəqiqə
Peskovdan Estoniyaya sərt mesaj: Divarlar heç kimə fayda verməyib Bəzi xərclərin azaldılması iqtisadi itkilərə səbəb ola bilər Sahil Babayev dolların gələn il üçün məzənnəsini açıqladı Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib

Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans davam edir

Cəmiyyət
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir.

Cagdas.az  xəbər verir ki, tədbirin ikinci günündə “Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması tədbirləri”, “Dəfn yerlərindən identifikasiyaya: milli yanaşmalar və qabaqcıl təcrübələr”, “Axtarışdan kənarda: itkin düşmələrin ailələrə və icmalara uzunmüddətli təsiri” mövzusunda panel sessiyalar keçiriləcək.

Həmçinin “Sübutdan identikliyə: Bakı Dialoqu çərçivəsində itkin şəxslərin məhkəmə-tibbi ekspertiza, molekulyar genetika və DNT əsaslı identifikasiyası üzrə Beynəlxalq Ekspert Forumu” mövzusunda yan tədbirin keçirilməsi, o cümlədən konfransın yekun bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.\ölkə.az\