• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda yeni YOL ÇƏKİLİR

21 May, 26 / 17:55
A A

“Mühüm layihələrdən biri də Akademik Həsən Əliyev küçəsi ilə metronun “Koroğlu” stansiyası arasında yeni yol bağlantısının yaradılmasıdır”.

Çağdaş.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Bakının Baş Planı 2040 – Yeni inkişaf dövrü” adlı tədbirdə deyib.

O bildirib ki, hazırda layihənin təxminən 50 faizi tamamlanıb:

“Bu layihə Bakının ən yüklənmiş nəqliyyat dəhlizlərindən birində həyata keçirilir. Layihəyə dörd tunel, yeraltı keçidlər, piyada keçidləri və inteqrasiya olunmuş hərəkət həlləri daxildir. Məqsəd şəhərin müxtəlif hissələri arasında alternativ nəqliyyat marşrutu yaratmaq, əsas prospektlərdəki nəqliyyat yükünü azaltmaq və şəhər mərkəzində mobilliyi yaxşılaşdırmaqdır.

Bu layihə nəqliyyat axınlarının səmərəliliyini artıracaq, həm də şəhər mühitinə müsbət təsir göstərəcək.

Eyni zamanda, müasir şəhər yalnız avtomobillər üçün deyil, insanlar üçün layihələndirilməlidir. Buna görə də piyada təhlükəsizliyi və əlçatanlıq dövlət proqramının, eləcə də agentliyimizin əsas prioritetlərindən biridir”.

Fariz Əzizov əlavə edib ki, Çinarlar yaşayış kompleksi ilə ətraf küçələri birləşdirən nəqliyyat və piyada tunelləri kimi layihələr məhz insanmərkəzli yanaşmanı nümayiş etdirir:

“Bu yanaşmada nəqliyyat infrastrukturu yalnız hərəkəti təmin etmir, həm də insanların rahatlığını və təhlükəsizliyini artırır. Həmçinin Həsən Əliyev küçəsi ilə digər əsas magistralları birləşdirəcək yeni yol bağlantıları alternativ marşrutların formalaşdırılmasına və şəhər üzrə nəqliyyat axınlarının daha rasional şəkildə bölüşdürülməsinə kömək edəcək.

Bu layihələrin hər biri ayrıca əhəmiyyət daşısa da, onların əsas gücü bütün tərəfdaş qurumlarla birlikdə vahid və inteqrasiya olunmuş metropoliten mobillik sisteminin yaradılmasındadır. Çünki müasir şəhər inkişafı bu gün yalnız ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsini deyil, həm də onların vahid sistem kimi əlaqələndirilməsini tələb edir”. (Oxu.az)

Bənzər Xəbərlər

Cəmiyyət

İndiyədək qanunsuz tikilən evlər söküləcək?

May 21, 2026
Cəmiyyət

“Nizami” və “Sahil” stansiyaları bağlı VACİB YENİLİK

May 21, 2026
Cəmiyyət

Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək

May 21, 2026
Cəmiyyət

Prezidentin xüsusi nümayəndəsi: Şuşa ilə bağlı yeni standartlar hazırlanıb

May 21, 2026
Cəmiyyət

Bakı metrosunda 10 yeni stansiya: sıxlıq azalacaq

May 21, 2026
Cəmiyyət

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

May 21, 2026

XƏBƏR LENTİ

Azərbaycanın London Fond Birjasında olmamasının SƏBƏBİ

21 May, 26 / 18:41

Bu 7 ölkə HƏR KƏSƏ qapılarını açdı - Üstəlik, PUL DA VERİRLƏR

21 May, 26 / 18:23

İndiyədək qanunsuz tikilən evlər söküləcək?

21 May, 26 / 18:09

Bakıda yeni YOL ÇƏKİLİR

21 May, 26 / 17:55

“Nizami” və “Sahil” stansiyaları bağlı VACİB YENİLİK

21 May, 26 / 17:42

Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək

21 May, 26 / 17:27

Ermənistanda azərbaycanlılara qadağalar qoymaq istəyirlər – Karapetyanın planı

21 May, 26 / 17:24

Təcili xəbərdarlıq – Ərzaq qiymətləri yüksələ bilər

21 May, 26 / 17:13

Prezidentin xüsusi nümayəndəsi: Şuşa ilə bağlı yeni standartlar hazırlanıb

21 May, 26 / 16:57

Rusiya bu ölkəyə nüvə silahlarını yerləşdirdi

21 May, 26 / 16:43
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.