Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

Bakıda zibillikdən “Chevrolet Cobalt” tapıldı – FOTO

Cəmiyyət

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində, Şuşa şəhərciyi ərazisində maraqlı hadisə qeydə alınıb.

Cagdas.az -a verilən məlumata görə, ərazidə yerləşən zibillikdə “Chevrolet Cobalt” markalı minik avtomobili aşkarlanıb.

Avtomobilin üzərində dövlət qeydiyyat nişanı yoxdur, şüşələrinin bir hissəsi isə sınıq vəziyyətdədir.

Sakinlərin verdiyi məlumata görə, nəqliyyat vasitəsi uzun müddətdir ki, həmin ərazidədir. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil.

Avtomobilin sahibi və ya onunla bağlı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara müraciət etmələri xahiş olunur.(Musavat.com)