Son dəqiqə
Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb

Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI – VİDEO

İqtisadiyyat

Torpaqların qiyməti qalxıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə xeyli artım var.

Cagdas.az Xəzər TV-yə istinadən xəbər verir ki, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, zaman keçdikcə torpaq sahələrinin sayı azalır.

Buna görə də qiymətlər yüksəlir.

Hazırda artım Səbail rayonunda 41%, Yasamalda 38%, Nəsimidə isə 27%-dir. Səbail rayonunda bir sot torpağın orta qiyməti 425 002 manat təşkil edir. Yasamalda bu rəqəm 209 258, Nəsimi rayonunda isə orta qiymət 298 028 manatdır.

Əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlak bazarında kəskin bahalaşma var. Torpaqların qiyməti sürətlə artır. Səbail, Nəsimi və Yasamal rayonları ilə yanaşı, hazırda digər rayonlarda da qiymət artımı müşahidə olunur.

O qeyd edib ki, Xətai rayonunda inşa olunan “Ağ Şəhər” layihəsi ilə bağlı bu ərazidə olan torpaqların qiyməti də son 1 il ərzində 50% artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: