Son dəqiqə
Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
Reklam
Reklam

Bakının bu əraziləri gecələr təhlükəlidir

Cəmiyyət

Bakının bir sıra əraziləri taksi sürücüləri tərəfindən gecə saatları üçün ən riskli ərazilər kimi göstərilib.

Cagdas.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə taksi sürücüləri müzakirə aparıblar.

Onların sözlərinə görə, bəzi qəsəbələrdə narkotik istifadəçilərinin və qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxslərin çoxluğu səbəbindən risk xeyli artır.

Taksi sürücüləri xüsusilə Sumqayıtın Corat qəsəbəsinin gecə saatlarında təhlükəli olduğunu vurğulayıblar. Təhlükəli hesab edilən digər ərazilər kimi “Sovetski”, “Kubinka”, “Papanin”, Bayıl, Binəqədi, Mehdiabad, Balaxanı, Sulutəpə, Köhnə Yasamal, Hökməli, Sabunçu və Xırdalanın bəzi köhnə məhəllələri də qeyd olunub.

Sürücülər bildiriblər ki, bu ərazilərdə gecələr “bariqa”ların çox olması, şübhəli şəxslərin fəaliyyəti və sərxoş, aqressiv müştərilərlə qarşılaşma ehtimalı daha yüksəkdir. Onların fikrincə, şəhərin mərkəzi hissələri gecə saatlarında daha təhlükəsiz hesab olunur.(metbuat.az)