Son dəqiqə
Təhlükəli mallar bazardan geri çağırılacaq Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? – Deputat dəstəklədi Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər
Reklam
Reklam

Bakının bu hissəsi 5 saat işıqsız qalacaq

Cəmiyyət

Biləcəri rayon Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Cagdas.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Biləcəri RETSİ ərazisində 23 saylı Transformator Məntəqəsində (TM) bu gün təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsi A. Zeynalov küçəsi 41, 43 və 47 ünvanlarında, eləcə də yaxınlıqda yerləşən avtomobil parkı, su nasosxanası, bəzi ticarət müəsissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.