Son dəqiqə
Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq

Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq

Cəmiyyət

Bakıda daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.

Cagdas.az xəbər verib ki, bu barədəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) 02 iyul 2026-cı il saat 10:00-dan 04 iyul saat 07:00-dək yol nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) isə 02 iyul saat 10:00-dan 03 iyul saat 22:00-dək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Daha sonra, 03 iyul saat 22:00-dan 06 iyul saat 07:00-dək sözügedən yol sahəsi tam bağlanacaq.

AAYDA sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələrini çağırıb.(modern.az)