Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

Balıq sevənlərə XƏBƏRDARLIQ: Bu halda həyatınıza təhlükə yarana bilər

Cəmiyyət

Yay mövsümündə balıq istehlakı ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də dondurulmuş balıqların insan sağlamlığına təsiridir.

Bəs isti havalarda dondurulmuş balıq yemək təhlükəlidirmi?
Cagdas.az  xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida texnoloqu Ağa Salamov bildirib ki, yay aylarında bəzi balıq növlərinin ovlanmasına qadağa tətbiq edilir. Onun sözlərinə görə, bunun əsas səbəbi həmin növlərin kürüləmə dövründə olmasıdır.

Ekspert qeyd edib ki, qadağan olunmuş növlərdən başqa, düzgün saxlanılan və texnoloji tələblərə uyğun dondurulan balıqların istehlakı insan sağlamlığı baxımından risk daşımır.
“Əgər balıq düzgün texnologiya ilə dondurulubsa, onun yeyilməsinin heç bir ziyanı yoxdur. Lakin balıq iki dəfə dondurulubsa, bu, artıq təhlükəlidir və zəhərlənməyə səbəb ola bilər.

Balığın tutulduqdan sonra uzun müddət açıq mühitdə saxlanılması və yalnız bundan sonra dondurulması da ciddi risk yaradı. Onun daxili orqanları çıxarılmalı, yaxşıca yuyulmalı və yalnız bundan sonra dondurulmalıdır.
Balığın içalatı təmizlənmədən dondurulması düzgün deyil. Bu, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər”.

Qida texnoloqu daşınma və saxlanma şərtlərinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Dondurulan balıqların daşınması zamanı soyuducu sistemlərdə nasazlıq yaranarsa və temperatur yüksələrsə, məhsulun çirklənməsi və xarab olması riski artır. Bu isə istehlakçı üçün təhlükəli nəticələr doğura bilər”.

Ekspert istehlakçılara dondurulmuş balıq alarkən məhsulun saxlanma şəraitinə, qablaşdırılmasına və əridilib-yenidən dondurulma əlamətlərinin olub-olmamasına diqqət yetirməyi tövsiyə edib.