• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
9.4° Weather Columbus
$
1.7
€
1.995
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Bank kartı olanların nəzərinə: yeni qayda tətbiq edilir

11 May, 26 / 14:41
A A

Azərbaycanda kartdan-karta köçürmələrin artması və bəzi əməliyyatların nəzarətə götürülməsi müzakirələrə səbəb olub. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, bir şəxsin kartına gün ərzində çoxsaylı və müxtəlif məbləğlərdə köçürmələrin daxil olması şübhəli əməliyyat kimi araşdırıla bilər. Bu isə vətəndaşlarda bank əməliyyatlarına nəzarətin sərtləşdirilməsi ilə bağlı suallar yaradıb.

Kartdan-karta köçürmələrin monitorinqə götürülməsi hansı hallarda həyata keçirilir? Bu nəzarət mexanizmi vergidən yayınma və maliyyə cinayətlərinin qarşısını almaqda effektiv sayıla bilərmi?

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir bildirib ki, hazırkı qanunvericilik fərdi məlumatların qorunmasını təmin edir:

“Lakin şübhəli maliyyə əməliyyatları müəyyən hallarda yoxlamaların aparılmasını zəruri edir. Azərbaycanda kartdan-karta köçürmələrin monitorinqə götürülməsi əsasən maliyyə şəffaflığının təmin olunması, vergidən yayınma hallarının və qanunsuz pul dövriyyəsinin qarşısının alınması məqsədi daşıyır. Mərkəzi Bank və maliyyə nəzarəti qurumları xüsusilə qeyri-adi xarakter daşıyan əməliyyatlara diqqət yetirirlər. Bunlara bir kart hesabına gün ərzində çoxsaylı şəxslərdən ardıcıl köçürmələrin daxil olması, şəxsi kartlardan faktiki kommersiya fəaliyyəti üçün istifadə edilməsi, eyni təyinatlı ödənişlərin sistemli xarakter alması, qısa müddətdə böyük həcmdə vəsaitin daxil olub çıxması, eləcə də tez-tez təkrarlanan müxtəlif məbləğli əməliyyatlar daxildir”.

Ekspert qeyd edib ki, bu cür nəzarət mexanizmləri beynəlxalq maliyyə praktikasında da geniş tətbiq olunur:

“Banklar müvafiq qaydalara uyğun olaraq riskli əməliyyatları avtomatlaşdırılmış sistemlər vasitəsilə izləyirlər. Məqsəd vətəndaşların şəxsi köçürmələrinə müdaxilə etmək deyil, qeyri-rəsmi biznes fəaliyyəti, vergidən yayınma, qanunsuz pul dövriyyəsi və digər maliyyə cinayətlərinin aşkarlanmasıdır”.

R.Sabir vurğulayıb ki, effektivlik baxımından belə nəzarət mexanizmləri qeyri-rəsmi satış və xidmət gəlirlərinin müəyyənləşdirilməsinə, vergi daxilolmalarının artmasına, dələduzluq və qanunsuz maliyyə əməliyyatlarının izlənməsinə kömək edə bilər:

“Bu, ümumilikdə kölgə iqtisadiyyatının həcminin azalmasına da təsir göstərə bilər”.

Bununla yanaşı, ekspert hesab edir ki, nəzarət mexanizmi elə qurulmalıdır ki, əsassız monitorinq hallarına yol verilməsin, vətəndaşların bank sirri və şəxsi məlumat hüquqları qorunsun:

“Adi şəxsi köçürmələrlə kommersiya fəaliyyəti arasında dəqiq fərqləndirmə aparılmalı, nəzarət meyarları aydın və şəffaf şəkildə müəyyən edilməlidir. Fikrimcə, həddindən artıq sərt monitorinq əhalinin bank sisteminə etimadını azalda və nağd dövriyyəyə meyli artıra bilər. Buna görə də nəzarətin sərtləşdirilməsi maliyyə təhlükəsizliyi ilə vətəndaşların gündəlik bank əməliyyatları arasında balans qorunmaqla həyata keçirilməlidir”.

Bənzər Xəbərlər

İqtisadiyyat

Mayda pensiya gözləyənlərə XƏBƏR

May 11, 2026
İqtisadiyyat

Bu şəxslərdən işdə test götürüləcək — Həmin sualların siyahısı

May 11, 2026
İqtisadiyyat

MƏRKƏZİ BANK 6,5% DEYİR, MARKETLƏRDƏ İSƏ... - Ərzağın bahalaşması nə ilə bağlıdır?

May 11, 2026
İqtisadiyyat

Qızıl almayın, avtobusa minin, evdən işləyin: Çətin dövr gəlir

May 11, 2026
İqtisadiyyat

ABŞ-İran qarşıdurması dərinləşir – neft bazarında yeni TƏHLÜKƏ

May 11, 2026
İqtisadiyyat

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb

May 9, 2026

XƏBƏR LENTİ

Mayda pensiya gözləyənlərə XƏBƏR

11 May, 26 / 16:43

Bu şəxslər üçün kritik dövr başlayır - MAYDAN ETİBARƏN...

11 May, 26 / 16:28

Prezidentin fərmanı Bakıda nəyi dəyişəcək?

11 May, 26 / 16:13

Bu şəxslərdən işdə test götürüləcək — Həmin sualların siyahısı

11 May, 26 / 15:55

Qurban Qurbanov tənqid olundu – Bu uşağa görə / VİDEO

11 May, 26 / 15:35

Xaricdə yaşayan Ermənistan vətəndaşları üçün seçki məntəqələri açılmayacaq – MSK

11 May, 26 / 15:16

Rusiya növbəti zərbə: 7 ölkə qapıları bağladı

11 May, 26 / 14:55

Bank kartı olanların nəzərinə: yeni qayda tətbiq edilir

11 May, 26 / 14:41

Xankəndidə WUF13 festivalı keçirildi

11 May, 26 / 14:26

Hava kəskin dəyişəcək: SİNOPTİKLƏRDƏN XƏBƏRDARLIQ

11 May, 26 / 14:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.