Bu ilin sentyabrında Azərbaycanda müntəzəm avtobus marşrutları ilə daşınan sərnişinlərin sayı 50 milyon 594 min 609 nəfər təşkil edib.
Cagdas.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 22,8 %-lik artım, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 16,3 %-lik artım deməkdir


