Son dəqiqə
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum təsdiqlənib Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub Deputatlar 13 məsələni müzakirə etmək üçün toplaşdılar Pensiyalar sabah ödəniləcək
Reklam
Reklam

Bayram tətili bir həftə olacaq? – Rəsmi açıqlama

Cəmiyyət

Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar iş yerlərinin dəyişdiriləcəyi barədə iddialar yayılıb.

İddialara görə, 29-30 dekabr iş günlərinin yeri 27-28 dekabrla dəyişdiriləcək və bayram tətili 1 həftə olacaq.

Qeyd edək ki, iş günlərinin yerlərinin dəyişdirilməsi səlahiyyəti Nazirlər Kabinetinə məxsusdur.

Cagdas.az xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə sorğu ünvanlayıb.

Qurumdan verilən açıqlamada bildirilib ki, hazırda bu barədə hər hansı qərar yoxdur.

Xatırladaq ki, dekabr ayının 31-i və yanvar ayının 1 və 2-si qeyri-iş günüdür. Yanvar ayının 3-ü və 4-ü şənbə və bazar gününə düşdüyü üçün ard-arda 5 gün iş olmayacaq.