Son dəqiqə
Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Cəmiyyət

İyunda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 68 aptekdə yoxlama aparıb.

Cagdas.az  xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Yoxlamalardan 58-i Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 56-sı planlı, 12-si isə plandankənar olub.

Yoxlamaların nəticələrinə əsasən, 10 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı saxlanma şəraitinin tələblərinə əməl edilmədiyinə görə 11 adda ümumilikdə 38 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 9 inzibati protokol tərtib olunub.(referans media)