Son dəqiqə

Böyük Britaniya “Lukoyl”un aktivlərini sanksiyalardan azad etdi

Dünya

Böyük Britaniya Xəzinədarlığı Lukoil və onun törəmə şirkətlərinə 26 fevral 2026-cı ilədək ödənişlər etmək və ya almaq üçün lisenziya verib.

Cagdas.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniya “Lukoyl”un xarici aktivlərini 2026-cı il fevralın 26-dək sanksiyalardan azad edib. Bu barədə Britaniya Maliyyə Nazirliyinin Xəzinədarlığının sənədlərində bildirilir.

“Şəxslər “Lukoil International” və “Lukoil International”ın törəmə şirkətləri ilə əməliyyatlar aparmağa davam edə bilər”, – nazirliyin ümumi lisenziyasında deyilir.

İcazə noyabrın 27-dən etibarlı olacaq. Böyük Britaniya Maliyyə Nazirliyi tərəfindən verilən lisenziya göstərilən müddət ərzində Lukoil və onun törəmə şirkətlərindən ödənişlər etməyə və ya almağa imkan verir.

Amerikanın neft-qaz korporasiyası Chevron Lukoil-in beynəlxalq aktivlərini almağı planlaşdırır. Reuters xəbər verir ki, bu, ABŞ Maliyyə Nazirliyi Rusiya şirkətinin beynəlxalq biznesinin satışına lisenziya verdikdən sonra baş verə bilər.