Son dəqiqə
Təhlükəli mallar bazardan geri çağırılacaq Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? – Deputat dəstəklədi Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər
Reklam
Reklam

Bu bürclər xəyanətə meyllidir – ADLAR

Maraqlı

Bəzı bürclər xarakter xüsusiyyətlərinə görə “risk qrupuna” daha yaxın dayanır. Sosial çeviklik, müstəqillik ehtiyacı, impulsiv davranışlar və emosional dəyişkənlik bu riski artıran əsas amillər kimi göstərilir.

Cagdas.az xəyanətə meyilli bürcləri təqdim edir:

Əkizlər

Əkizlər ən dəyişkən bürclərdən biri kimi təqdim edir. Onların müxtəlifliyə açıq olması, tez darıxması və emosional dəyişkənliyi uzunmüddətli münasibətlərdə sabitliyin pozulmasına səbəb ola bilər. Bu da bəzi hallarda başqa insanlara yönəlmə ehtimalını artırır.

Oxatan

Azadlıq və macəra ruhu ilə tanınan Oxatanların bağlanma qorxusu tez-tez vurğulanır. Münasibətdə sıxılmaq və məhdudiyyət hissi onlar üçün böyük stres yaradır. Məhz buna görə xarici təhlillər Oxatanları “xəyanət riski yüksək” kateqoriyasına daxil edir.

Qoç

Enerji, impulsivlik və ehtiras Qoç bürcünün aparıcı xüsusiyyətləridir. Astroloqlara görə, onların ani qərarlar verməsi və “indi və dərhal” yanaşması emosional nəzarəti çətinləşdirə bilər. Bu isə münasibətdə gərginlik yarandıqda xəyanət riskini artırır.

Şir

Şir bürcü diqqət və heyranlıq ehtiyacı ilə tanınır. Münasibətdə kifayət qədər dəyər görmədiklərini düşündükdə, Şirlər başqa diqqət mənbələrinə yönəlməyə daha meylli ola bilər.

Dolça

Emosional məsafə və sərbəstlik Dolça bürcünün təməl xarakteridir. Onları ənənəvi münasibət çərçivəsinə salmaq çətin olduğundan, bağlanma problemi yarandıqda yeni tanışlıqlara açıq davranmaq ehtimalı artır.

Əqrəb

Əqrəblər emosional olaraq çox dərin və intensiv bürc kimi tanınır. Bu intensivlik bəzən güvənsizlik və şübhə ilə müşayiət olunur. Münasibətdə emosional balans pozularsa, xəyanət ehtimalı yüksələ bilər.(Sfera.az)