Son dəqiqə
Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum təsdiqlənib Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub
Reklam
Reklam

Bu deputatların mandatı ləğv ediləcək

Manşet

Naxçıvan Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edilib.

Cagdas.az xəbər verir ki, dəyişikliyə əsasən deputatların iclaslarda iştirak qaydaları daha da sərtləşdirilib.

Yeni dəyişikliyə əsasən, deputatın üzrsüz səbəbdən iştirak etmədiyi iclasların sayı 10-dan 5-ə endirilib.

Mövcud qaydaya görə, Ali Məclisin sədri Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Ali Məclisin 10 iclasında üzrsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir.

Yeni dəyişikliyə əsasən, deputatın mandatının itirilməsi proseduru daha erkən işə düşəcək. Yəni, 5 iclasda üzrsüz səbəbdən iştirak etməyən deputatın mandatı ləğv edilə bilər.

Bunun üçün Ali Məclisin sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır.

İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul edilir./Konkret.az/