Son dəqiqə
Prezident gözlənilən ŞAD xəbəri elan etdi – Nələr dəyişəcək? Keçmiş məmurların cəzaları azaldıldı – Azadlığa çıxırlar Azərbaycanda bələdiyyə sədri icra başçısının müavini oldu Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri “Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? – Obyektləri bu cəza gözləyir Qızıl ucuzlaşır, Azərbaycanın valyuta ehtiyatları azalır Şamaxıda ŞOK MƏNZƏRƏ: Cəmi 5 dəqiqəlik yağış rayonu BATAQLIĞA ÇEVİRDİ — VİDEO Zelenski əlini sıxmayan Kralın ayağına tüpürdü? – VİDEO Milyonlarla insana şad xəbər – Pensiya və müavinətlər…

TƏCİLİ: Prezidentdən MÜHÜM SƏRƏNCAM

Cəmiyyət

Azərbaycanda Qarabağ Milli Parkı yaradılır.

Cagdas.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, işğaldan azad edilmiş ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını, regionun zəngin ekosisteminin və təbii irsinin beynəlxalq miqyasda təbliğini və tanıdılmasını, biomüxtəlifliyin bərpasını və qorunub saxlanılmasını, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi ilə sosial-iqtisadi imkanların artırılmasını və ekoturizmin inkişafını təmin etmək məqsədi daşıyır.

Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Qarabağ Milli Parkı yaradılır.

Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malikdir.

Ermənistan tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulub, Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilib. Bütün bunlar bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.

Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin ekoloji tarazlığının, o cümlədən təbii ekosistemlərinin və zəngin biomüxtəlifliyinin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun təmiz ətraf mühit və “yaşıl artım” zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti Böyük Qayıdış çərçivəsində bərpa edilib.