Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

Bu il bələdiyyələrdə 2565 hektar torpaq qanunsuz verilib

Cəmiyyət

Bu ilin ilk doqquz ayında bələdiyyələrdə 2565 hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı müvafiq işlər aparılıb.

Cagdas.az  xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov “Regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda bildirib.

Baş idarə rəisinin sözlərinə görə, nazirlik bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə yanaşı, aşkar olunan pozuntuların səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görür.

Elmin Həsənov vurğulayıb ki, bələdiyyə torpaqlarından qanunsuz istifadə regionların inkişafına birbaşa təsir edən məsələlərdəndir. O, torpaqların qanunvericiliyin tələblərinə uyğun və əhalinin maraqları nəzərə alınmaqla idarə edilməsinin vacibliyini qeyd edib.