Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

Bu il dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarıldı

Cəmiyyət

2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manat vəsait geri qaytarılıb.

Cagdas.az xəbər verir ki, geri qaytarılan vəsaitlərə fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərindən aldığı mallara, mədəniyyət və tibbi xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə mehmanxana xidmətlərinə görə ödənilmiş ƏDV-nin bir hissəsi daxildir.

Həmçinin əcnəbilərin Azərbaycanda istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödədiyi ƏDV üzrə vəsaitlər geri qaytarılıb.

Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin bir hissəsi, eləcə də artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları üzrə vəsaitlər geri qaytarılıb.\referans media\