Son dəqiqə
Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Müəllimlərin pensiyası necə artırıla bilər? – AÇIQLAMA Nazirlik milyonluq tenderləri bu şirkətə verdi
Reklam
Reklam

Bu ölkə 16 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan etdi

Dünya

Avstraliya hökuməti sosial media ilə bağlı yeni və sərt qayda tətbiq edib.

Cagdas.az xəbər verir ki, 10 dekabr 2025-dən etibarən Instagram, TikTok, Snapchat, YouTube, Facebook və X platformaları 16 yaşdan aşağı istifadəçilərə hesab açmayacaq.

Yeni qaydaya əsasən, məsuliyyət ailələrdən sosial media şirkətlərinin üzərinə keçir. Şirkətlər yaşa nəzarət mexanizmlərinə əməl etməsələr, 33,3 milyon dollara qədər cərimə ilə üzləşə bilərlər.

Qanunun məqsədi gəncləri süni intellektlə idarə olunan sosial mediada yayılan zərərli kontentdən, sosial təzyiqdən və asılılıq yaradan mexanizmlərdən qorumaqdır.

Qərarı dəstəkləyənlər bunun uşaqlar üçün mühüm bir təhlükəsizlik tədbiri olduğunu bildirir. Tənqidçilər isə yeni sistemin gənclərin pozitiv icmalara çıxışını məhdudlaşdıra biləcəyini və genişmiqyaslı yaş təsdiqi nəzarətinin başlanacağı ilə bağlı narahatlıq ifadə edirlər.

Qayda sosial mediada geniş müzakirələrə səbəb olub./Milli.az/