Avropa İttifaqının ən yüksək rifah səviyyəsinə malik ölkələrindən biri olan Lüksemburq, turizm və nəqliyyat sektorunda analoqu olmayan bir addım atıb.
Cagdas.az xəbər verir ki, ölkə daxilində ictimai nəqliyyatın həm yerli sakinlər, həm də xarici turistlər üçün tamamilə pulsuz edilməsi qərarə alınıb. Aınan qərar ilə Lüksemburq bu sahədə dünyada bir ilkə imza atıb. Oxşar layihəni yalnız öz vətəndaşlarına tətbiq edən Maltadan fərqli olaraq, Lüksemburq sərhədləri daxilində olan hər kəs heç bir bilet haqqı ödəmədən sərbəst səyahət edə bilir.
Lüksemburq rəhbərliyi bu radikal addımı təkcə şəhərdaxili tıxacları azaltmaq üçün deyil, həm də ölkəni dünya miqyasında səyahətçilər üçün cəlbedici məkana çevirmək məqsədilə atıb.
Məşhur səyahət platforması “Travel Off Path”in yaydığı məlumatlara görə, bu innovativ təşəbbüs artıq öz bəhrəsini verməyə başlayıb. Pulsuz nəqliyyat qərarından sonra, 2025-ci ildə dəmir yolu sərnişin daşınmasında tarixi pik nöqtəyə çatılıb. Keçmişdə “həddindən artıq bahalı ölkə” imici səbəbindən turistlərin marşrutundan kənarda qalan bu füsunkar Avropa ölkəsi, hazırda pulsuz nəqliyyat üstünlüyü sayəsində turist axınına məruz qalıb. Ziyarətçilər qədim memarlığın möhtəşəmliyini, lüks qalaları və heyranedici kanyonları büdcələrini məhdudlaşdırmadan kəşf etməyin həzzini çıxarırlar.
Ölkədəki ümumi qiymət siyasəti araşdırıldıqda məlum olub ki, qəhvə, yerli pivə və ya ənənəvi alman sosisləri kimi gündəlik yemək-içmək xərcləri tamamilə standart Avropa səviyyəsindədir. Səyahətçilərin lüks İtalyan butiklərindən alış-veriş etmək kimi bir məqsədi yoxdursa, Lüksemburqda aşağı büdcəli tətil etmək artıq xəyal deyil. Pulsuz ictimai nəqliyyat dəstəyi ümumi səyahət büdcəsinə ciddi şəkildə qənaət etməyə imkan yaradır və bu gizli qalmış Avropa cənnətini hər kəs üçün əlçatan edib.(sfera.az)
















