• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9746
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır

22 May, 26 / 16:08
A A

Bəzi ölkələrdə sürücülük vəsiqələrinin yaşa uyğun şəkildə yenilənməsi və yaşlı sürücülər üçün tibbi nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldığı bir vaxtda, Azərbaycanda da bu istiqamətdə müəyyən qaydalar artıq tətbiq olunur. Mövcud qanunvericiliyə əsasən, 60 yaşdan yuxarı şəxslər üçün sürücülük vəsiqəsi 70 yaşına qədər etibarlı sayılır, 70 yaşdan sonra isə vəsiqə 2 il müddətinə verilir. Deputatlar hesab edir ki, bu yanaşma həm sürücülərin hüquqlarını, həm də yol hərəkəti təhlükəsizliyini nəzərə alan balanslı modeldir.

Cagdas.az   xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Azər Badamov bildirib ki, hazırda Azərbaycanda tətbiq olunan qaydalar kifayət qədər düzgün yanaşmadır:

“İnsan yaşı artdıqca orqanizmdə müəyyən fiziki və sağlamlıqla bağlı dəyişikliklər baş verir. Xüsusilə 60 yaşdan sonra görmə qabiliyyətinin zəifləməsi, eşitmə problemləri, reaksiya sürətinin azalması və müxtəlif xroniki xəstəliklər sürücülük bacarığına təsir göstərə bilər. Bu baxımdan, 60 yaşına çatmış sürücülərin müəyyən müddətdən bir tibbi müayinədən keçməsi vacib hesab olunmalıdır”.
Deputat qeyd edib ki, əgər şəxsin sağlamlıq vəziyyəti normaldırsa və avtomobili təhlükəsiz idarə etmək qabiliyyəti varsa, onun sürücülük hüququnun davam etdirilməsi təbiidir:

“70 yaşdan sonra tibbi nəzarətin daha sıx şəkildə aparılması daha məqsədəuyğundur. Bu səbəbdən sürücülük vəsiqəsinin 2 ildən bir yenilənməsi və həmin müddətdə tibbi müayinədən keçilməsi yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır”.
A.Badamov vurğulayıb ki, görmə və eşitmə qabiliyyətində ciddi zəifləmə olan şəxslərin avtomobil idarə etməsi həm özləri, həm də digər hərəkət iştirakçıları üçün risk yarada bilər:

“Unutmaq olmaz ki, sükan arxasında olan şəxs yalnız öz həyatına görə məsuliyyət daşımır. O, həm avtomobildə olan sərnişinlərin, həm digər sürücülərin, həm də piyadaların təhlükəsizliyinə cavabdehdir. Buna görə də sürücünün sağlamlıq vəziyyəti daim nəzarətdə saxlanılmalı və onun avtomobili təhlükəsiz idarə edə bilməsi əsas meyar olmalıdır”.
Deputat əlavə edib ki, belə qaydalar yaşlı insanlara qarşı ayrı-seçkilik kimi qiymətləndirilməməlidir:

“Əsas məqsəd insanların hüquqlarını məhdudlaşdırmaq deyil, yollarda təhlükəsizliyi təmin etmək və mümkün qəzaların qarşısını almaqdır”.

Bənzər Xəbərlər

Cəmiyyət

Məşhur universitet fəaliyyətini dayandırdı

May 22, 2026
Cəmiyyət

“Son beş ildə Ağdamın təxminən 60 faizi minalardan təmizlənib” – Emin Hüseynov

May 22, 2026
Cəmiyyət

Azərbaycanın ən çox ticarət apardığı 4 ölkə AÇIQLANDI

May 22, 2026
Cəmiyyət

Qarabağda 12 şəhər və 300 kənd sıfırdan qurulur – RƏSMİ

May 22, 2026
Cəmiyyət

WUF13-də iştirak edənlərin sayı açıqlandı

May 22, 2026
Cəmiyyət

Qurban Qurbanovun kiçik qızı ilə səmimi- VİDEOSU

May 22, 2026

XƏBƏR LENTİ

Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi: Yalnız əlləri ilə… – FOTO

22 May, 26 / 22:57

Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər..

22 May, 26 / 22:44

Məşhur universitet fəaliyyətini dayandırdı

22 May, 26 / 22:31

“Qarabağ” mövsümün son oyununa çıxır

22 May, 26 / 22:18

“Son beş ildə Ağdamın təxminən 60 faizi minalardan təmizlənib” – Emin Hüseynov

22 May, 26 / 22:04

Azərbaycanın ən çox ticarət apardığı 4 ölkə AÇIQLANDI

22 May, 26 / 21:54

Qarabağda 12 şəhər və 300 kənd sıfırdan qurulur – RƏSMİ

22 May, 26 / 21:45

WUF13-də iştirak edənlərin sayı açıqlandı

22 May, 26 / 21:30

Qurban Qurbanovun kiçik qızı ilə səmimi- VİDEOSU

22 May, 26 / 21:17

Prezident Yerlan Sıdıkova təbrik məktubu ünvanladı

22 May, 26 / 21:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.