Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

Buğda və pambıq əkənlərə əlavə pul ÖDƏNİLƏCƏK

Cəmiyyət

Torpaq və su resurslarından daha səmərəli istifadə məqsədilə lazer hamarlama texnologiyasından yararlanan fermerlərə əlavə subsidiya ödəniləcək.

Cagdas.az –ın məlumatına görə, bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkini aparılacağı halda, əkin subsidiyasına əlavə ödəniş tətbiq olunacaq.

Belə ki, buğda əkinindən əvvəl sahədə lazer hamarlama texnologiyasından istifadə edildiyi ilk il əkin subsidiyası 250 AZN/ha artırılacaq.

Pambıqçılıq rayonlarında isə azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiq edilərsə, ilk il məhsul subsidiyasına 50 AZN/ton əlavə ödəniləcək.

Lazer hamarlama aparılan sahələr EKTİS-də bəyan ediləcək. Həmin sahələrin monitorinqi zamanı rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.\modern.az\