Son dəqiqə
Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO
Reklam
Reklam

Ceyhun Bayramov Roma Papası ilə görüşdü

Manşet

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikan səfəri zamanı Roma Papası XIV Leonun ümumi audiyensiyasında iştirak edib və onunla görüşüb.

Cagdas.az xəbər verir ki, nazir bu barədə özünün “X” hesabında paylaşıb.

“Rəsmi səfərim çərçivəsində Papa XIV Leonun ümumi audiyensiyasında iştirak etdim və görüşməkdən şərəf duydum.

Azərbaycan və Müqəddəs Taxt arasında möhkəm münasibətlər mövcuddur və bu əlaqələr dinlərarası dialoqun dəstəklənməsi, multikulturalizmin təşviqi baxımından böyük əhəmiyyət daşıyır.

İki ölkə arasındakı münasibətlər müxtəlif dinlər arasında dialoq üçün nümunə təşkil edir və bu, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir, – paylaşımda qeyd olunub./APA/