Son dəqiqə
İkardi “Qalatasaray”a qayıdır? Rusiya Azərbaycandan gətirilən pomidorları məhv edəcək İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi – FOTO ADY hava ilə bağlı sərnişinlərə çağırış etdi XİN-dən Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım – FOTO Bank kartlarına tətbiq edilən yeni qaydaların mahiyyəti açıqlandı Sertifikatlaşmadan keçməyən müəllimlər köməkçi təyin edilsin! – TƏKLİF İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb Yağıntılı hava nə vaxtadək davam edəcək?
Reklam
Reklam

Çıxarışlarla bağlı vacib MƏLUMAT: BUNA DİQQƏT ETMƏLİSİNİZ

Cəmiyyət

Bəzi vətəndaşlar mənzili daxili müqavilə əsasında aldıqdan sonra çıxarışın (kupçanın) verilməsi üçün əlavə ödəniş tələb olunması ilə üzləşirlər. Hüquq sahəsində mütəxəssislər bildirir ki, belə hallarda əsas məsələ tərəflər arasında bağlanmış müqavilənin şərtləridir.

Çağdaş.Az xəbər verir ki, vətəndaş mənzili alarkən bağladığı müqavilədə çıxarışın alınması ilə bağlı hər hansı ödəniş və ya əlavə şərt göstərilibsə, həmin şərtlər tərəflər üçün hüquqi qüvvəyə malikdir və tərəflər razılaşdıqları qaydada hərəkət etməlidirlər.

Lakin müqavilədə çıxarış üçün əlavə ödəniş nəzərdə tutulmayıbsa, tikinti şirkəti, mənzil-tikinti kooperativi və ya digər şəxslər tərəfindən sonradan belə bir tələb irəli sürülməsi hüquqi baxımdan əsaslı hesab olunmur.

Qeyd olunur ki, mənzilə çıxarışın verilməsi üçün əsas prosedur daşınmaz əmlakın dövlət qeydiyyatıdır və bu zaman yalnız dövlət rüsumu ödənilir. Bu rüsum ödənildikdən sonra müvafiq dövlət orqanı tərəfindən mənzilə çıxarış verilə bilər.

Mütəxəssislər vətəndaşlara tövsiyə edir ki, belə hallarla qarşılaşdıqda ilk növbədə bağladıqları müqavilənin şərtlərini diqqətlə yoxlasınlar.

Əgər müqavilədə əlavə ödəniş nəzərdə tutulmayıbsa, vətəndaşlar öz hüquqlarını qorumaq üçün müvafiq dövlət qurumlarına və ya məhkəməyə müraciət edə bilərlər.