Son dəqiqə
Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ
Reklam
Reklam

ÇL: Liqa mərhələsi başlayır, “Sabah” gözləyir

İdman

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsi start götürəcək. 

Cagdas.az xəbər verir ki, açılış turunun ilk günündə 6 oyun keçiriləcək.

İlk iki oyun Bakı vaxtı ilə saat 20:45-də, növbəti dörd qarşılaşma isə saat 23:00-da başlayacaq.

Əsas mərhələyə Belçika və Yunanıstanda start veriləcək. Gecənin əsas qarşılaşması isə İspaniyada gerçəkləşəcək. “Real Madrid” İtaliya nəhəngi “İnter”i qonaq edəcək.

Azərbaycanı qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsində təmsil edəcək “Sabah”ın turnirdəki rəqiblərindən olan “Borussiya Dortmund” isə İspaniya təmsilçisi “Vilyarreal”ı qəbul edəcək.

Azərbaycan çempionu ilk sınağına 10 sentyabrda çıxacaq. “Sabah” “Mançester Yunayted”in qonağı olacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
8 sentyabr

20:45. Brügge (Belçika) – Aston Villa (İngiltərə)

20:45. AEK (Yunanıstan) – LASK (Avstriya)

23:00. Real Madrid (İspaniya) – İnter (İtaliya)

23:00. Portu (Portuqaliya) – Mançester Siti (İngiltərə)

23:00. Borussiya Dortmund (Almaniya) – Vilyarreal (İspaniya)

23:00. Lill (Fransa) – Real Betis (İspaniya)\referans media\