2026-cı ilin II rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1276 müraciət daxil oluv. Müraciətçilərin 1105-i barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 171 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Cagdas.az xəbər verir ki, bu barədə TKTA-dan məlumat verilib.
Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 81 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 23 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq müşahidə edilir.
Bundan əlavə, 11 autentik (həqiqi) olmayan diplom, 11 əhəmiyyətli fərq, 10 təhsilalma forması, 7 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 5 ekvivalenti olmayan ixtisas, 3 ixtisas uyğunsuzluğu, 3 əhəmiyyətli fərq, akkreditasiyasız ali təhsil müəssisəsi və müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin olmaması, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 2 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma kimi səbəblər mövcuddur.
Həmçinin 2 autentik olmayan diplom, akkreditasiyasız ATM və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və akkreditasiyasız ali təhsil müəssisəsi, 1 bakalavr diplomu üzrə imtina verilmə, 1 bakalavr diplomu üzrə imtina verilmə və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 bakalavriat səviyyəsi üzrə təhsilin olmaması, 1 əczaçılıq (qiyabi), 1 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və ekvivalenti olmayan ixtisas, 1 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və tədris yükü, 1 tədris yükü, 1 tədris yükü və akkreditasiyasız ATM kimi səbəbləri göstərmək mümkündür.(modern.az)
















