Son dəqiqə
Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi

Daha 6 itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək

Cəmiyyət

İtkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha 6 şəhidin qalıqları ailələrinə təhvil veriləcək.

Çağdaş.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi ilə əlaqədar indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib:

“Təqdim edilmiş qalıqlardan 206 şəxsə məxsus meyit qalıqları naməlum şəhid məzarlarından, 79 şəxsə məxsus meyit qalıqları isə tanınmadan dəfn edilmiş adlı şəhid məzarlarının məzar adlarının dəqiqləşdirilməsi məqsədilə ekshumasiya edilib. 377 şəxsin qalıqları eyniləşdirilib. 226 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının qərarı və iştirakı ilə şöbələrimizdən ailələrə təhvil verilib”.

Ədalət Həsənov bildirib ki, iyulun 1-də və 3-də daha 6 nəfər itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək.