Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Daha bir bina SÖKÜLƏCƏK: sakinlər mənzillərindən KÖÇÜRÜLƏCƏKLƏR

Cəmiyyət

Goranboy şəhərində bloku çökən qəzalı yaşayış binası ilə yanaşı daha bir bina söküləcək.

Cagdas.Az “Report”a istinadən xəbər verir ki, Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı beşmərtəbəli yaşayış binasının yaxınlığındakı digər binada da qəza riski müəyyən edilib. Bu səbəbdən həmin binadakı sakinlərin də növbəti günlərdə oradan köçürülməsinə qərar verilib.

Xatırladaq ki, bir neçə gün öncə Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 2 mənzilin döşəməsi çöküb. Bu axşam saatlarında isə blok tamam uçub. İlk hadisə zamanı 4 nəfər xəsarət alıb, zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Bina sakinləri daha əvvəl təxliyə olunduğundan bu gün axşam baş verən hadisə zamanı xəsarət alan olmayıb.