• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.5° Weather Columbus
$
1.7
€
1.9737
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Daraxonrasib” xərçəngi “öldürür” – Tarixi Addım

02 İyun, 26 / 22:34
A A

Pankreas (mədəaltı vəzi) xərçənginin müalicəsində son illərin ən diqqətçəkən və ümidverici uğurlarından biri elan edilib. Dünyanın ən ölümcül xərçəng növlərindən biri hesab olunan bu xəstəlik, yeni bir “ağıllı dərman” sayəsində 40 ildir əldə edilə bilinməyən kritik bir mərhələni geridə qoyub.

Cagdas.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən böyük xərçəng konqresi olan Amerikanın Klinik Onkologiya Cəmiyyətinin (ASCO) iclasında, tibb dünyasında inqilab yaradacaq pankreas xərçəngi dərmanının “Faza-3” nəticələri ictimaiyyətə açıqlanıb.

 

“Daraxonrasib” adlı yeni ağıllı dərman, standart müalicələrə artıq cavab verməyən 500 pankreas xərçəngi xəstəsi üzərində sınaqdan keçirilib.

Tədqiqat çərçivəsində daha əvvəl müalicə almalarına baxmayaraq xəstəliyi irəliləməyə davam edən 500 pasiyent iki qrupa bölünüb. Bir qrupa hər gün “Daraxonrasib” preparatı, digər qrupa isə standart kimyaterapiya verilib.

Nəticələrin təhlili tibb dünyasını heyrətə gətirib. Yeni dərmandan istifadə edənlərin orta yaşama müddəti 13,2 ay, kimyaterapiya alanların orta yaşama müddəti isə 6,7 ay olub.

Göründüyü kimi, yeni müalicə üsulu ilə xəstələrin həyatda qalma müddəti demək olar ki, iki dəfə artıb. Üstəlik, bu dərmanın kimyaterapiya ilə müqayisədə daha yüngül kənar təsirlərə malik olduğu təsbit edilib. Tədqiqatın nəticələri tibb aləminin ən nüfuzlu nəşrlərindən olan “New England Journal of Medicine” jurnalında dərc olunub.

Bəs bu dərmanı “inqilabi” edən nədir?

“Daraxonrasib” preparatının konqresdə ayaqüstə alqışlanmasının əsas səbəbi onun hədəf mexanizmidir. Yeni dərman pankreas xərçənglərinin demək olar ki, hamısını qidalandıran “Kras” adlı gen mutasiyasını birbaşa hədəf alır. Dərman molekulları bir-birinə bağlayaraq “Kras” genini bloklayır və onu tamamilə sıradan çıxarır. Ekspertlər qeyd edib ki, “Kras” geni ümumilikdə bütün xərçəng növlərinin 20 faizindən çoxunda mövcuddur.

ABŞ Qida və Dərman Administrasiyası (FDA) artıq ötən aprel ayında bu dərmana sürətləndirilmiş rəsmi razılıq verib. Lakin preparat hazırda qlobal miqyasda satışda deyil. Dərmanın dəqiq qiyməti barədə hələlik rəsmi məlumat yoxdur. Lakin ilkin təxminlərə görə, aylıq müalicə xərci on minlərlə dolları ola bilər.

Mütəxəssislər xəbərdarlıq edib ki, “Daraxonrasib” pankreas xərçənginin tam çarəsi demək deyil, lakin bu yolda atılmış nəhəng və tarixi bir addımdır. Gələcəkdə bu növ ağıllı dərmanlar sayəsində pankreas xərçənginin də eynilə HİV (QİÇS) kimi ölümcül olmaqdan çıxıb, nəzarət altında saxlanıla bilən xroniki bir xəstəliyə çevriləcəyi proqnozlaşdırılıb.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycana yay fəsli nə zaman daxil olacaq?

İyun 2, 2026
Cəmiyyət

Ölkə qorxunc iqlim dalğasında – XƏBƏRDARLIQ

İyun 2, 2026
Cəmiyyət

Azərbaycanda erkən nikahlar 6 dəfə azalıb

İyun 2, 2026
Cəmiyyət

Bakı Metropoliteninin Xəzinədarlıq şöbəsinə yeni rəis təyin olundu

İyun 2, 2026
Cəmiyyət

Əmlak həbsi ilə bağlı mübahisələr mülki deyil, məhkəmə nəzarəti qaydasında həll ediləcək

 

İyun 2, 2026
Cəmiyyət

Milli Məclisin növbədənkənar iclasının tarixi və gündəliyi AÇIQLANDI

 

İyun 2, 2026

XƏBƏR LENTİ

Azərbaycanda 2800 il yaşı olan qayaüstü mixi yazılı mətnin yeri müəyyən edildi – FOTO

02 İyun, 26 / 23:46

Azərbaycana yay fəsli nə zaman daxil olacaq?

02 İyun, 26 / 23:17

​Sabah bu 4 bürcün bəxti gətirəcək

02 İyun, 26 / 23:03

“Şamaxı”nın yeni baş məşqçisi o oldu

02 İyun, 26 / 22:48

“Daraxonrasib” xərçəngi “öldürür” – Tarixi Addım

02 İyun, 26 / 22:34

Ölkə qorxunc iqlim dalğasında – XƏBƏRDARLIQ

02 İyun, 26 / 22:21

Azərbaycanda erkən nikahlar 6 dəfə azalıb

02 İyun, 26 / 21:53

Bakı Metropoliteninin Xəzinədarlıq şöbəsinə yeni rəis təyin olundu

02 İyun, 26 / 21:39

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ əməkdaşlığında kritik minerallar sahəsində güclü potensial var"

 

02 İyun, 26 / 20:42

Dövlət Departamenti: Azərbaycanla münasibətlər ABŞ-nin prioritetləri sırasındadır

 

02 İyun, 26 / 20:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.