• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29° Weather Columbus
$
1.7
€
1.9459
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Daşınmaz əmlak bazarında son vəziyyət – Qiymətlər AÇIQLANDI

03 İyul, 26 / 16:34
A A

Bu ilin iyunda daşınmaz əmlak bazarında mülayim və dayanıqlı artım meyli müşahidə olunub.

Cagdas.az  Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatına görə xəbər verir ki, bu məqamlar Palatanın iyun ayı üzrə açıqladığı daşınmaz əmlak indeksində öz əksini tapıb.

Məlumata əsasən, iyun ayında kompozit daşınmaz əmlak İndeksi 106,7 bənd təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 0,7 %, baza dövrü kimi qəbul edilən 2025-ci ilin dekabr ayına nisbətən isə 6,7 % yüksəkdir.

Qeyd edilib ki, iyunda bazarın əsas hərəkətverici qüvvəsi yenə də torpaq seqmenti olub. Bu istiqamət üzrə indeks 118,1 bəndə yüksəlib ki, bu da tikinti və devoloper layihələri üçün nəzərdə tutulan torpaq sahələrinə, eləcə də premium ərazilərə tələbin yüksək səviyyədə qaldığını nümayiş etdirir. Eyni zamanda, may ayında qeydə alınan sürətli bahalaşmadan sonra qiymət artımının daha tarazlı mərhələyə keçməsi bazarda sabit dinamikanın formalaşdığını göstərir.

Mənzil bazarı da yüksəliş trayektoriyasını qoruyub saxlayıb. Yeni tikili mənzillər üzrə indeks 104,8, köhnə tikili mənzillər üzrə isə 104 bənd olub. Bu göstəricilər bazarın müxtəlif seqmentləri arasında balansın qorunduğunu, qiymət artımının isə əsasən fundamental bazar amilləri hesabına formalaşdığını göstərir. Premium layihələr qiymətlərin yüksəlməsinə dəstək versə də, ümumi bazarda struktur sabitliyi saxlanılıb.

Fərdi yaşayış evləri bazarında indeks 104,7 bənd səviyyəsində qərarlaşıb. Bu seqmentdə qiymət dinamikasının əsasən torpaq komponenti ilə müəyyənləşdiyi, xüsusilə premium və orta-yüksək qiymət zonalarında yerləşən obyektlərin bazar göstəricilərinə daha çox təsir etdiyi müşahidə olunur.

Bildirilib ki, kommersiya daşınmaz əmlakı bazarında da müsbət dinamika davam edib. Satış seqmenti üzrə indeks 104,8 bəndə yüksəlib. İcarə bazarında isə may ayında qeydə alınan aktiv artımdan sonra iyunda qiymətlərin sabitləşməsi prosesi müşahidə olunub və indeks 104,9 bənd təşkil edib. Bu tendensiya bazarın daha balanslı inkişaf mərhələsinə keçdiyini göstərir.

Kirayə mənzil bazarında qiymət sabitliyi qorunub. Yeni tikili mənzillər üzrə kirayə indeksi 101 köhnə tikili mənzillər üzrə isə 100 bənd səviyyəsində qalıb. Bu göstəricilər bazarda volatilliyin aşağı olduğunu və qiymətlərin əsasən ödəmə qabiliyyəti ilə uzlaşan çərçivədə formalaşdığını təsdiqləyir.

Qaraj bazarında isə əvvəlki ay müşahidə olunan yüksək artım tempinin zəiflədiyi qeydə alınıb. İndeks 110,6 bənd olsa da, bazar iyun ayında daha sabit və tarazlı qiymət dinamikasına keçid edib.

İyun ayının nəticələri göstərir ki, Azərbaycanın daşınmaz əmlak bazarı sağlam inkişaf trayektoriyasını qoruyur.

Qiymət artımı bazarın ayrı-ayrı seqmentləri üzrə balanslı şəkildə davam edir, risk səviyyəsi aşağı olaraq qalır və struktur dayanıqlığı gücləndirən amillər üstünlük təşkil edir. Mövcud dinamika 2026-cı ilin ikinci yarısında bazarda kəskin qiymət dalğalanmalarının gözlənilmədiyini, artımın isə əsasən torpaq bazarı və premium seqment hesabına davam edəcəyini göstərir.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası ölkədə daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indeksləri hər ay açıqlayır.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

“Azenco”nun sabiq rəhbəri 3 milyonluq mənimsəmədə ittiham olunur

İyul 3, 2026
Cəmiyyət

Azərbaycan nəqliyyat investisiyalarında 32 ölkə arasında birincidir

İyul 3, 2026
Cəmiyyət

Bağça müəllimlərinin nəzərinə: sertifikasiya sənədi açıqlandı

İyul 3, 2026
Cəmiyyət

Özəl klinikalarda yoxlama: 14 tibb müəssisəsi cərimələndi

İyul 3, 2026
Cəmiyyət

Ermənilərdən etiraf: Azərbaycan məhsulları daha üstündür

İyul 3, 2026
Cəmiyyət

BDU 1 milyonluq müqaviləyə imza atdı

İyul 3, 2026

XƏBƏR LENTİ

“Azenco”nun sabiq rəhbəri 3 milyonluq mənimsəmədə ittiham olunur

03 İyul, 26 / 18:03

Azərbaycan nəqliyyat investisiyalarında 32 ölkə arasında birincidir

03 İyul, 26 / 17:49

Bağça müəllimlərinin nəzərinə: sertifikasiya sənədi açıqlandı

03 İyul, 26 / 17:36

Özəl klinikalarda yoxlama: 14 tibb müəssisəsi cərimələndi

03 İyul, 26 / 17:23

Ermənilərdən etiraf: Azərbaycan məhsulları daha üstündür

03 İyul, 26 / 17:09

BDU 1 milyonluq müqaviləyə imza atdı

03 İyul, 26 / 16:47

Daşınmaz əmlak bazarında son vəziyyət – Qiymətlər AÇIQLANDI

03 İyul, 26 / 16:34

182 klinika yoxlanılıb, 56 stomatoloq və müəssisə cərimələnib

03 İyul, 26 / 16:20

Azərbaycan rəsmiləri Tehrandadır

03 İyul, 26 / 16:06

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

03 İyul, 26 / 15:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.