“Qürurla onu qeyd etmək lazımdır. Şərqdə qadına seçmək-və seçilmək hüququ verən ilk ölkə Azərbaycan olub. Azərbaycan qadını böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan qadını Azərbaycan kişisi ilə birlikdə dövlətçiliyimizə mühüm töhfələr verməyə qürurla davam edir. Bütün bunlar Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biridir”.
Cagdas.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentdə çıxışı zamanı deyib.
O qeyd edib ki, b u gün qarşıda duran ən mühüm vəzifələrdən biri də dünyada dəyərlərin transformasiyanın baş dediyi dövrdə bu tarixi ənənənin qorunmasıdır.
Deputat sonda deyib: “Çıxışımın sonunda bir neçə vacib məqama toxunmaq istəyirəm.
Qadın sığınacaqlarının sayının artırılması isitqamətində addımların atılmasına ehtiyac var. Bu məsələnin aktuallığı getdikcə daha da artır.
Selektiv abortların qarşısının alınması istiqamətində addımların atılması. Düşünürəm gender bərabərliyinin pozulduğu sahələrdən biri də bu sahədir. Bu həm də Azərbaycan xalqının genefonduna ciddi ziyan verən bir məsələdir.
Qohum nikahlarına nəzarətin daha gücləndirilməsi. Yaxşı bir qanun qəbul etdik. Ancaq bu sahəyə müvafiq qurumlar tərəfindən nəzarətin daha da gücləndirilməsinə ehtiyac var.
Erkən nikah məsələsi. Bu istiqamətdə bir sıra mühüm işlər görülsə də məsələ aktual olaraq qalır.
Qızların təhsildən yayındırılması. Təəssüf ki dini əsası olmasa da bu bəzən dini etiqadla əlaqələndirilir.
Boşanmaların sayının sürətlə artması, gənclərin ailə qurmaq istəməməsi məsələsi. Bu da çox ciddi narahatlıq doğurur”.
















