Son dəqiqə
Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT

DİM-də yeni təyinatlar – Məleykə Abbaszadə əmr imzaladı – (Foto)

Cəmiyyət

Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri dəyişib.

Cagdas.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki,  bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb.

Belə ki, Elşən Cabbarov İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri vəzifəsindən ayrılıb, onun yerinə isə Vəfa Hüseynova təyin olunub. V.Hüseynova bu təyinata qədər Maliyyə departamentinin Mühasibatlıq sektorunun müdiri – Baş mühasib vəzifəsində çalışıb. Həmin sektorun müdiri – Baş mühasib vəzifəsinə isə Simuzər Umbayeva təyinat alıb.

Qeyd edək ki, E.Cabbarov SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Büdcə və planlaşdırma şöbəsinin rəhbəri təyin edilib.