Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub.
Cagdas.Az xəbər verir ki, paytaxtdan başqa, Xızı, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gədəbəy, Daşkəsəndə də cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


