Ursula fon der Leyen: Rusiya aktivlərinin müsadirəsi Avropa müdafiəsi üçün həlledici addımdır
Cagdas.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Rusiya aktivlərinin “reparasiya krediti” adı altında müsadirə edilməsini Avropanın müdafiəsi üçün mühüm addım adlandırıb.
Onun sözlərinə görə, bu mexanizm Ukraynanın maliyyə cəhətdən ayaqda qalmasına ciddi dəstək verəcək:
“Maliyyə təminatının gücləndirilməsi Ukraynanın yaşamasına xidmət edir və bu, Avropanın müdafiəsini təmin edən həyati qərardır,” – Ursula Fon der Lyayen bildirib.
O izah edib ki, söhbət Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər üzərində qurulan “reparasiya krediti” sxemindən gedir:
“Təklif dondurulmuş rus aktivlərindən yaranan nağd vəsaitlərə əsaslanır. Bu vəsait Ukraynanın bərpası və təzminat məqsədləri üçün istifadə olunacaq,” – deyə Avropa Komissiyasının rəhbəri əlavə edib.
















