Son dəqiqə
Kreditlər artır, ev almaq çətinləşir: İpoteka bazarında son vəziyyət Sizi məyus edəcəm sülhü uzatmaq olmaz – Mirzoyan Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad olundu Mehri dəmir yolu ilə bağlı cinayət işi açılıb Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR Türk dövlətləri üçün ortaq muzey kartı tətbiq ediləcək Türk Dövlətlərinin Futbol Kuboku keçiriləcək 8 milyonluq villa, bahalı imarət, elit mənzil… – Mehdiyev hansında yaşayır?

Dövlət qurumları əhaliyə səsləndi: Bu şəxslər nəzarətə götürülür!

Gündəm

Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə birgə nəzarət-profilaktiki tədbirlər həyata keçirir.

Çağdaş.Az xəbər verir ki, tədbirlər çərçivəsində velosiped və skuter istifadəçilərinin yol hərəkəti qaydalarına əməl etməsi, mikromobillik vasitələrindən təhlükəsiz və qaydalara uyğun istifadənin təşviqi, eləcə də hərəkət iştirakçıları arasında maarifləndirmənin gücləndirilməsi əsas məqsəd kimi müəyyənləşdirilib.

Həyata keçirilən tədbirlər həm velosiped və skuter istifadəçilərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

DYP və AYNA velosiped və skuter sürücülərini məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və təhlükəsizliyi hər zaman ön planda tutmağa çağırır.