• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.6° Weather Columbus
$
1.7
€
1.9899
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Dünya liderlərinin aylıq maaşı nə qədərdir? – RƏQƏMLƏR

29 Aprel, 26 / 13:16
A A

Dünya liderlərinin illik gəlirləri hər zaman ictimaiyyətin maraq dairəsindədir. Bəzi ölkələrdə dövlət başçılarının maaşları simvolik xarakter daşısa da, bəzi ölkələrdə bu rəqəmlər milyonlarla dollarla ölçülür.

Cagdas.az rəsmi məlumatlara əsasən əldə etdiyi məlumatları təqdim edir:

Siyahının başında ənənəvi olaraq Sinqapurun Baş naziri Lourens Vonq qərarlaşıb. Onun illik maaşı 2 milyon 720 min manat təşkil edir. Sinqapurun bu modeli özəl sektorun yüksək səviyyəli menecerlərinin maaşlarına əsaslanır ki, bu da korrupsiya riskini minimuma endirmək və peşəkar kadrları idarəetməyə cəlb etmək məqsədi daşıyır.

Dünyanın digər yüksək maaş alan liderləri siyahısında ikinci yeri İsveçrə prezidenti Qay Parmelin tutub. Parmelin 1,034,748 manat maaş alır.

Üçünücü yerdə isə, ABŞ Prezidenti Donald Tramp dayanıb. Tramp 680,000 manat maaş alır. Qeyd edək ki, Tramp əvvəlki dönəmində olduğu kimi, maaşından simvolik olaraq imtina edə biləcəyini bəyan edib.

Avstraliya Baş naziri Entoni Albaneze də yüksək maaş alanlar siyahısındadır. Belə ki, o, 1,156,000 manat maaş alır. Almaniya Kansleri Fridrix Mers 716,364 manat, Kanada Baş naziri Mark Karni 567,121 manat maaş alırlar.

Regionda və qonşu ölkələrdə vəziyyət necədir?

Araşdırmaya əsasən, Azərbaycanda ölkə başçısının rəsmi maaşı qanunvericiliklə müəyyən edilmiş ştat cədvəlinə uyğun olaraq, aylıq 15,000 AZN təşkil edir ki, bu da illik təxminən 180,000 AZN (106,000 dollar) deməkdir. Lakin dövlət təminatı və digər imtiyazlar bura daxil deyil.

2026-cı il dövlət büdcəsi ayırmalarına əsasən, Türkiyə Prezidentinin maaşı illik 153,000 manat civarındadır.

Ukraynada isə müharibə şəraitini və qənaət rejimini nəzərə alaraq, Volodimir Zelenskinin rəsmi maaşı kifayət qədər aşağı saxlanılıb. İllik təxminən 20,400- 25,500 AZN.

Vladimir Putinin rəsmi bəyan etdiyi illik gəliri isə təxminən 238,000 manat olsa da, beynəlxalq analitiklər bu rəqəmin sadəcə “kağız üzərində” olduğunu bildiriblər. Gürcüstan Baş nazirinin illik maaşı təxminən  76,500 manat təşkil edir.

Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi illik maaşı isə təxminən 76,500 manat civarındadır. İranın Ali Rəhbər və Prezidentinin gəlirləri daxili fondlar tərəfindən tənzimləndiyi üçün rəsmi rəqəmlər şəffaf deyil, lakin rəsmi maaşın illik 34,000 manatdan az olduğu təxmin edilir.

Rəsmi maaşlar mənzərənin yalnız bir hissəsidir. Liderlərin əksəriyyəti pulsuz yaşayış (iqamətgahlar), yüksək səviyyəli təhlükəsizlik xidməti, şəxsi təyyarə və geniş heyət tərəfindən təmin olunur ki, bu xərclər birbaşa dövlət büdcəsindən qarşılanır.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

Aprel 29, 2026
Cəmiyyət

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər - FOTOLAR

Aprel 29, 2026
Cəmiyyət

Növbəti koç karvanları Xocalı şəhərinə çatıb – YENİLƏNİB

Aprel 29, 2026
Cəmiyyət

Maliyyə Nazirliyində YENİ TƏYİNAT

Aprel 29, 2026
Foreman control loading containers box from cargo freight ship for import export, Foreman control industrial container cargo freight ship, Business logistic concept, Import and export concept
Cəmiyyət

Qadağan olunmuş mallar gömrükdə 3 sutka saxlanılacaq

Aprel 29, 2026
Cəmiyyət

Dövlət xətti ilə verilən ipoteka kreditinin həcmi açıqlandı

Aprel 29, 2026

XƏBƏR LENTİ

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

29 Aprel, 26 / 15:35

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər - FOTOLAR

29 Aprel, 26 / 15:26

Növbəti koç karvanları Xocalı şəhərinə çatıb – YENİLƏNİB

29 Aprel, 26 / 15:21

Maliyyə Nazirliyində YENİ TƏYİNAT

29 Aprel, 26 / 15:06
Foreman control loading containers box from cargo freight ship for import export, Foreman control industrial container cargo freight ship, Business logistic concept, Import and export concept

Qadağan olunmuş mallar gömrükdə 3 sutka saxlanılacaq

29 Aprel, 26 / 14:53

Dövlət xətti ilə verilən ipoteka kreditinin həcmi açıqlandı

29 Aprel, 26 / 14:39

Gömrük ödənişlərinin geri qaytarılma müddəti artırılır

29 Aprel, 26 / 14:25

İranda dəhşətli repressiya dalğası: 21 nəfər edam edilib, 4 min həbs var

29 Aprel, 26 / 14:11

ABŞ və Çin arasında BÖYÜK KRİZİS: Dünya bu görüşə kilidləndi

29 Aprel, 26 / 13:57

Azərbaycanda bu avtomobillər BAHALAŞDI

29 Aprel, 26 / 13:44
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.