Son dəqiqə
Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi – Nəticə rədd edildi

Cəmiyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son sədr seçkisi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməyib.

Çağdaş.Az-ın məlumata görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının son sədr seçkilərində yeganə namizəd kimi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüş və onun sədr seçildiyi açıqlanmışdı.

Daha sonra seçkilərin nəticələri protokollaşdırılaraq təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndərilib. Lakin nazirlik Əli İsa Cabbarovun sədr seçilməsini təsdiqləməyib, seçkilərin nəticələrini rədd edib. Bununla da Əli İsa Cabbarovun sədr seçilməsi rəsmiləşdirilməyib.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son seçkilər zamanı qalmaqal yaşanmışdı. İttifaqın hazırkı katibi Əli İsa Cabbarov, qurumun sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra bir sıra qanunsuzluqlara yol vermiş və bu əsasla qurumda Hesablama Palatası tərəfindən yoxlamalar aparılmışdı. Əli İsa Cabbarov öz namizədliyini irəli sürərək sədr seçilmək istəsə də, ölkənin tanınmış kino xadimləri bəyanat yayaraq seçkiləri boykot etmişdilər./Manset.az/