Son dəqiqə
Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI
Reklam
Reklam

Əhməd İsmayılov Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüşüb

Cəmiyyət

Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov arasında görüş keçirilib.

Cagdas.az xəbər verir ki, görüşdə Əhməd İsmayılov Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın TDT çərçivəsində yeni, daha strateji mərhələyə qədəm qoyduğunu bildirib.

O vurğulayıb ki, iki ölkə arasında informasiya mübadiləsinin genişləndirilməsi, media qurumları arasında tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı layihələrin həyata keçirilməsi bu əməkdaşlığın davamlı inkişafına əsas yaradır.

Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi”nin icrasının qarşılıqlı fəaliyyəti daha sistemli, planlı və institusional bir müstəviyə daşıdığı diqqətə çatdırılıb.

Kobuljon Axmedov isə media sahəsində əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın ayrılmaz hissəsi olduğunu qeyd edib.

O bildirib ki, Azərbaycan və Özbəkistan media qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin təşkili və peşəkar kadr hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında bu sahədə tərəfdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək.

Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri və birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.