Son dəqiqə
Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Müəllimlərin pensiyası necə artırıla bilər? – AÇIQLAMA Nazirlik milyonluq tenderləri bu şirkətə verdi
Reklam
Reklam

Ehtiyat kadrlar üçün vakant müəllim yerlərinə seçim müddəti UZADILDI

Cəmiyyət

İncəsənət məktəb və mərkəzlərinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər üçün vakant müəllim yerlərinə seçim prosesi üzrə müddət 5 dekabr 2025-ci il tarixinədək uzadılıb.

Cagdas.az xəbər veriri ki bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pedaqoji kadrlara olan tələbatın qarşılanması məqsədilə ümumilikdə 30 müəssisə üzrə 36 vakant yer təqdim olunur.

Namizədlər mövcud vakansiyalar arasından seçimlərini əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirirlər.

Test mərhələsində topladıqları bala əsasən namizədlərin seçim hüquqları aşağıdakı kimi müəyyən edilir:
• 49 bal və yuxarı nəticə göstərən namizədlər – bütün respublika üzrə vakant yerlər üzrə seçim edə bilərlər;
• 42 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı şəhəri istisna olmaqla respublikanın digər şəhər və rayonları üzrə vakant yerləri seçə bilərlər;
• 35 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər regionlar üzrə vakant yerlər üzrə seçim edə bilərlər.

Seçim prosesi “MyCulture” şəxsi kabineti vasitəsilə həyata keçirilir. Namizədlər sistemə daxil olaraq uyğun vakant yeri seçməli və seçimi təsdiqləməlidirlər.

Qeyd edək ki, yerləşdirilmə yalnız namizədin seçdiyi vakant yerlər arasından sistem tərəfindən təsadüfi qaydada aparılır. Bu səbəbdən namizədlərdən seçim zamanı xüsusilə diqqətli olmaları xahiş olunur.