Türkiyə millisinin üzvü Arda Güler bu mövsüm göstərdiyi uğurlu çıxışla Madrid klubunun əsas oyunçularından birinə çevrilib.
Çağdaş.Az xəbər verilir ki, İspaniyanın Marca nəşrinin yazdığına görə, baş məşqçi Jose Mourinho son həftələrdə Arda Güləri erkən əvəzləmək vərdişindən imtina edib və gənc futbolçuya daha çox oyun vaxtı verməyə başlayıb.
Nəşr qeyd edir ki, “El Klasiko”ya qədər Arda start heyətində meydana çıxdığı səkkiz qarşılaşmanın hamısında erkən əvəzlənirdi. O, “Espanyol” və “Betis”lə oyunlarda 64-cü, “Elçe” ilə matçda 68-ci, Madrid derbisində isə 54-cü dəqiqədə meydanı tərk etmişdi.
“Barselona” ilə keçirilən “El Klasiko”da isə Arda 94-cü dəqiqəyədək meydanda qalıb və oyunun taleyinə təsir edən futbolçulardan biri olub. Bildirilir ki, həmin qarşılaşma onun komandanın vacib oyunçularından biri olduğunu göstərib.
Marcanın qiymətləndirməsinə görə, Arda Güler bu mövsüm yalnız Mbappedən sonra komandanın ən məhsuldar ikinci hücum oyunçusudur.
Türk yarımmüdafiəçi bu mövsüm keçirdiyi 12 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu göstərici ilə o, Jude Bellingham (3 qol, 3 assist), Diomande (3 qol, 1 assist) və Espidən (3 qol) öndə qərarlaşıb.
Nəşr vurğulayır ki, Arda Güler komanda daxilində mövqeyini daha da möhkəmləndirir və artıq Mourinyonun layihəsinin əsas fiqurlarından biri hesab olunur. Onun son töhfəsi isə “El Klasiko”da Madrid təmsilçisinin taleyini dəyişən qol epizodunun başlanğıcını yaratması olub.


