Son dəqiqə

Milli komandada gərginlik iddialarına TFF-dən cavab

İdman

Türkiyə Futbol Federasiyası (TFF) A Milli Futbol Komandasının baş məşqçisi Sərgən Yalçının bəzi milli futbolçularla ünsiyyət qurmaqda çətinlik çəkdiyinə dair yayılan iddiaları təkzib edib.

Çağdaş.Az xəbər verir ki, Federasiyanın yaydığı açıqlamada bildirilib ki, son günlər rəqəmsal media platformalarında Sərgən Yalçının bəzi futbolçularla əlaqə saxlaya bilmədiyi barədə səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

TFF bəyan edib ki, bu və oxşar iddialar “tamamilə uydurma, reallıqdan uzaq və qərəzli spekulyasiyalardır”.

Açıqlamada vurğulanıb ki, milli komandanın baş məşqçisi ilə futbolçular arasında iddia edildiyi kimi heç bir problem yaşanmayıb.

Bildirilib ki, bütün milli futbolçular Sərgən Yalçın və onun məşqçilər korpusu ilə keçirdikləri görüşlərdən və fikir mübadiləsindən məmnun olduqlarını ifadə edirlər.

TFF, həmçinin bu cür xəbərlərin yeni fəaliyyətə başlayan məşqçilər heyəti ilə futbolçular arasında münasibətlərə xələl gətirməyə yönəldiyini qeyd edib.

Federasiya bəyanatında, Türkiyə Cümhuriyyətinin və türk xalqının ortaq dəyəri kimi xarakterizə etdiyi A Milli Komandanın birlik və həmrəyliyini hədəf alan bu cür iddialara etibar edilməməsinin vacibliyini diqqətə çatdırıb.