Son dəqiqə

Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir

İdman

İtaliyanın məşhur klubu Yuventusun hücumçu axtarışını dəyərləndirən sabiq futbolçu Maroo Borriello Viktor Osimhenin adını çəkib.

Çağdaş.Az xəbər verir ki, Borriellonun sözlərinə görə, nigeriyalı hücumçu güclü forvarddır və İtaliya futbolunu yaxşı tanıması onun üstünlüklərindən biridir.

“Yuventusun yüksək səviyyəli hücumçuya ehtiyacı var. Mən böyük bir 9 nömrə istəyərdim. Osimhenmi? Ola bilər. O, güclüdür, Serie A-nın və Lusiano Spallettini tanıyır. Amma Osimhendən əlavə də yüksək səviyyəli hücumçuya ehtiyac var”, – deyə Borriello bildirib.

Sabiq futbolçu hesab edir ki, Turin təmsilçisi yalnız baş məşqçi dəyişikliyi ilə əvvəlki gücünə qayıda bilməz.

Onun fikrincə, klubda uğur üçün güclü birlik, düzgün atmosfer və komanda daxilində sağlam mühit yaradılmalıdır.

Xəbərdə qeyd olunan məlumatlara görə, hazırda Galatasaray formasını geyinən Osimhen bu mövsüm 9 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

27 yaşlı futbolçu daha əvvəl Napolidə çıxış edib və Serie A təcrübəsi onun “Yuventus” üçün mümkün namizədlərdən biri kimi göstərilməsinə səbəb olub.