Son dəqiqə

Elçin Quliyev Hacı Əliyevə rütbə verdi – FOTO

Cəmiyyət

Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevə rütbə verilib.

Cagdas.az  xəbər verir ki, bu barədə idmançı instaqram hesabında paylaşım edib.

H.Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin ona mayor rütbəsi verdiyini bildirib:

“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”, – deyə o yazıb.(Ölkə.Az)