Cagdas.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin təşkili, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin araşdırılması, bu sahələrin inkişafı üzrə zəruri tədbirlərin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyinin təhlili, habelə “Azərenerji” və “Azərişıq” ASC-lərin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb.
Komissiyanın sədri
energetika naziri
Komissiyanın üzvləri:
– Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
– iqtisadiyyat nazirinin müavini
– maliyyə nazirinin müavini
– Dövlət Neft Şirkətinin prezidenti
– Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini
– Baş nazirinin köməkçisi


